scieee AI-readable full text Open interactive document viewer

MAHIRƏ NAĞıQıZı BAYATıLARıNDA VƏTƏN VƏ MILLƏT TƏƏSSÜBKEŞLIYI

Ulduz Fərhad Qəhrəmanova

Abstract

Məqalədə Müstəqil Azərbaycan ədəbiyyatının sənətkarlarından olan Mahirə Nağıqızı bayatılarında “Vətən və millət təəssübkeşliyi” konsepsiyası geniş təhlil edilmişdir. Həmçinin bu konsepsiyaya daxil olan, ana və vətən, xalq, millət və vətən, qürbət və vətən motivləri Mahirə Nağıqızı poeziyasından gətirilən nümunələrlə tədqiqatçı tərəfindən təhlil müstəvisinə gətirilmişdir. Gətirilən nümunələrdən məlum olur ki, sənətkarın poeziyasında “Vətən və millət” konsepsiyası bir amal çırpışmasına köklənmişdir.

Full text

JOURNAL OF IQRO – ЖУРНАЛ ИҚРО – IQRO JURNALI – volume 18, issue 01, 2025 ISSN: 2181-4341, IMPACT FACTOR ( RESEARCH BIB ) – 7,245, SJIF – 5,431 www.wordlyknowledge.uz ILMIY METODIK JURNAL Ulduz Fərhad Qəhrəmanova, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Pedaqoji Universiteti, “Ədəbiyyat” kafedrasında dosent əvəzi [email protected], Orcid İD: 0009-0003-4418-9319 MAHIRƏ NAĞıQıZı BAYATıLARıNDA VƏTƏN VƏ MILLƏT TƏƏSSÜBKEŞLIYI Annotasiya: Məqalədə Müstəqil Azərbaycan ədəbiyyatının sənətkarlarından olan Mahirə Nağıqızı bayatılarında “Vətən və millət təəssübkeşliyi” konsepsiyası geniş təhlil edilmişdir. Həmçinin bu konsepsiyaya daxil olan, ana və vətən, xalq, millət və vətən, qürbət və vətən motivləri Mahirə Nağıqızı poeziyasından gətirilən nümunələrlə tədqiqatçı tərəfindən təhlil müstəvisinə gətirilmişdir. Gətirilən nümunələrdən məlum olur ki, sənətkarın poeziyasında “Vətən və millət” konsepsiyası bir amal çırpışmasına köklənmişdir. Açar sözlər: Mahirə Nağı qızı poeziyası, bayatı janrı, vətən, millət, ana HOMELAND AND NATIONAL BIGOTRY IN MAHIRA NAGHIGIZI’S BAYATIS Ulduz Farhad Kahramanova, PhD in Philology, Azerbaijan State Pedagogical University, Acting Associate Professor at the Department of “Literature” Abstract: There is such a folk saying: “What is dearer in the world than the Homeland? The sweetest thing in this world is a mother, a Homeland”. When we get acquainted with Mahira Naghigizi’s poetry, we can confidently say that the theme of Homeland and Nation was nurtured in the artist’s heart, in the world of imagination, and in her creativity by the theme of the mother. In Mahira Naghigizi’s lyrical essence, the love for her land, the pure feeling of love for her Homeland, her village, and her village was nourished by the artist’s love for her mother. Thus, the artist expressed her pure feelings of love for Mother and Motherland in her poetry, sometimes in the bayats dedicated to her mother Nazlı khanum, sometimes in the bayats addressed to her mother. When we get acquainted with these bayats, it becomes clear that it is her mother who beautifies the artist's world. The artist was able to skillfully place her pure love for her mother in these bayats. Even in moments of spiritual pain, Mahira Naghigizi addressed her mother in her bayats and as if asked for help from her. The artist is one of the innovative artists who can feel the pulse of life and keep up with it. Regardless of the genre, love for the people, homeland, and nation is brought to the forefront in the poetess's work in the topics she addresses. The most urgent problems such as freedom, man, nation, and humanity have found their artistic solution in her poetry. The main line of Mahira JOURNAL OF IQRO – ЖУРНАЛ ИҚРО – IQRO JURNALI – volume 18, issue 01, 2025 ISSN: 2181-4341, IMPACT FACTOR ( RESEARCH BIB ) – 7,245, SJIF – 5,431 www.wordlyknowledge.uz ILMIY METODIK JURNAL Naghigizi's poetry is the concept of "Homeland and Nation" in the form of unity. The poetess, like a fairy fluttering with a civic goal, wandered dreamily between the poles of the homeland and the nation. In particular, when we get acquainted with the poetess' bayatıs, we can see that the problem of the homeland and its freedom, the nation and its freedom are presented as one with each other. In these types of bayatıs, the author stands for national freedom, national independence, and the struggle against foreign aggression. She has drawn this idea to the center of poetry. For the poetess, the most beautiful spiritual blessing, spiritual wealth is love for the homeland, the nation, and Turkism. This love also began with bayatıs dedicated to the mother and took wing with bayatıs written to the mother. Keywords: Mahira Nağı gizi's poetry, bayatı genre, homeland, nation, mother Belə bir xalq deyimi var: “Dünyada Vətəndən əziz nə var? Bu dünyada şirin şey, bir anadır, bir Vətən”. Mahirə Nağıqızı poeziyası ilə tanış olanda əminliklə deyə bilərik ki, Vətən və millət mövzusu sənətkarın qəlbində, təxəyyül dünyasında, yaradıcılığında ana mövzusundan pöhrələnmişdir. Mahirə Nağıqızının lirik mənində torpağına sevgi, Vətəninə, elinə-obasına olan saf sevgi duyğusu sənətkarın anasına olan sevgidən qidalanmışdır. Belə ki, sənətkar gah anası Nazlı xanıma ithaf etdiyi bayatılarında, gah da anasına xitabən müraciət etdiyi bayatılarında Anaya və Vətənə olan saf məhəbbət duyğularını poeziyasında belə dilə gətirmişdir: Bir parça daş Vətəndir, Hər şeydən baş Vətəndir. Nənəm, ay Nazlı anam, Bacıya qardaş Vətəndir. (1, s.140) Dağlar dumannan gözəldi, Göllər sonamnan gözəldi. Demişdim, bir də söyləyim, Dünya anamnan gözəldi. (1, s.204) Bu bayatılar ilə tanış olanda məlum olur ki, sənətkarın dünyasını gözəlləşdirən onun anasıdır. Sənətkar anasına olan saf sevgisini demək olar ki, bu bayatıların içərisinə ustalıqla yerləşdirməyi bacarmışdır. Mahirə Nağıqızı ruhən ağrıdığı anlarda da bayatılarında anasına xitabən müraciət etmiş və ondan sanki imdad diləmişdi: Ay ana, yaram ağrıyır, Bilmirəm haram ağrıyır? Dərdimi Yer çəkə bilmir, JOURNAL OF IQRO – ЖУРНАЛ ИҚРО – IQRO JURNALI – volume 18, issue 01, 2025 ISSN: 2181-4341, IMPACT FACTOR ( RESEARCH BIB ) – 7,245, SJIF – 5,431 www.wordlyknowledge.uz ILMIY METODIK JURNAL Göy param-param ağrıyır. (1, s.194) Sənətkarın bayatıları arasında Nazlı ana ilə Nazlıbulağın maraqlı müqayisəli detallarına da rast gəlmək mümkündür. Belə ki, müqayisə zamanı biz bayatıda bulağın adının anasının şərəfinə oğul tərəfindən Nazlıbulaq qoyulması, yaxud həmin Nazlıbulağın suyunun tamında ana südünün tamının axtarılması, dayısı Həsən Mirzənin izlərini həmin Nazlıbulaqda axtarılması kimi maraqlı bədii detallara da rast gəlmək mümkündür. Bulaq, ay sazlı bulaq, Sazı avazlı bulaq. Oğul adını qoyub, Anasan, Nazlıbulaq. (1, s.90) Anamın adımı səndə, Südünün dadımı səndə? Nazlıbulaq, dayımın İzi qaldımı səndə? (1, s.91) Mahirə Nağıqızı poeziyasında Vətən və ana mövzusu ilə yanaşı Vətən və millət, əxlaq və mənəvi axtarışlar, xalq rəşadəti, qərib-qürbətçilik kimi mövzular da qırmızı xətlə işlənmişdir. Vətəninin və millətinin həyatında ayrı-ayrı insanların şəxsi taleyində baş verən hadisələr Mahirə Nağıqızı yaradıcılığında öz bədii həllini tapmışdır. Sənətkar həyatın nəbzini titub, onunla ayaqlaşmağı bacaran novator sənətkarlardandır. Janrından fərqli olmayaraq, müraciət etdiyi mövzularda xalqa, vətənə, millətə sevgi şairənin yaradıcılığında ön plana çıxarılmışdır. Poeziyasında azadlıq, insan, millət, bəşəriyyət kimi ən aktual problemlər öz bədii həllini ustlıqla tapmışdır. Mahirə Nağıqızı poeziyasının ana xəttində “Vətən və millət” konsepsiyası vəhdət şəklində işlənmişdir. Şairə sanki bir vətəndaşlıq qayəsi ilə çırpınan pəri kimi Vətən və millət qütbünün arasında xəyalən gəzirdi. Xüsusilə, şairənin bayatıları ilə tanış olanda Vətən və onun azadlığı, millət və onun azadlığı probleminin bir-biri ilə vəhdət şəklində təqdim olunduğunu da görə bilərik: Sinəmdə oxum Vətən, Gecələr yuxum Vətən. Mənsiz də otun bitər. Mən sənsiz yoxam Vətən (1, s.138) Həyətində biliklər, JOURNAL OF IQRO – ЖУРНАЛ ИҚРО – IQRO JURNALI – volume 18, issue 01, 2025 ISSN: 2181-4341, IMPACT FACTOR ( RESEARCH BIB ) – 7,245, SJIF – 5,431 www.wordlyknowledge.uz ILMIY METODIK JURNAL Çölündə əvəliklər. Vətən, sənə görəymiş. Məndə divanəliklər. (1, s.235) Bayatılardakı bu kimi misralardan məlum olur ki, sənətkar gah Vətənsiz özünün cismən və mənən yox olduğunu qəbul edir, gah da Vətənə olan sevgidən divanə olduğunu etiraf edir. Bu günkü ədəbiyyatımızın bir qolu Mahirə Nağıqızı yaradıcılığının adı və poeziyası ilə bağlıdır. Təbii ki, “Vətən və millət” mövzusunu təxəyyül süzgəcindən keçirmək bacarığı şairənin yaradıcılığına xas olan ən ali keyfiyyətdir. Şairənin bayatıları ilə tanış olanda xalqın ən yaxşı vətəndaşlıq qürurunu özündə birləşdirən ədəbi qəhrəmanların, prototiplərin canlı obrazını da görmək mümkündür: Anamın ƏliVətən. Balamın dili-Vətən. Doğmalarım, bir yarım Qardaşım Əli-Vətən (1, s.49) Bu tipli bayatılar bizə “Vətən elin evi, dayağıdır” xalq deyimini xatırladır. Göründüyü kimi, sənətkar poeziyasında vətəndaşlıq keyfiyyətləri ilə zəngin olan böyük miqyaslı obrazlar qaleriyası yaratmışdır. Vətəndaşlıq qayəsinə köklənən bu bayatılarda Vətən-xalq taleyi ilə bağlı hərarətli qəlb çırpıntıları möhtəşəm tərənnüm edilmişdir. Burda bir ərən yatır, Dünyanı görən yatır. Canı Tanrıdan alıb Ellərə verən yatır. Bu ədəbi qəhrəmanlar Vətəni və milləti naminə qurban getməyə hazır olan qəhrəmanlardır. Onlar bütün çətinliklərə, əngəllərə iradələrinin gücü ilə qalib gələcəyinə inanırdılar. Bu qəhrəmanlar cismən məhv olsalar da, ruhən təslim olmurlar. Yerim ocağımda sənin, Qalım qucağında sənin Nə gözəldir yaşamağım, Vətən, qucağında sənin. (1, s.76) Şairənin lirik-romantik üslublu poeziyası ilə tanış olanda əminliklə deyə bilərik ki, Mahirə Nağıqızının daxili dünyasındakı ali məqamda dayanan sevgi Vətən, torpaq, el-oba sevgisidir. JOURNAL OF IQRO – ЖУРНАЛ ИҚРО – IQRO JURNALI – volume 18, issue 01, 2025 ISSN: 2181-4341, IMPACT FACTOR ( RESEARCH BIB ) – 7,245, SJIF – 5,431 www.wordlyknowledge.uz ILMIY METODIK JURNAL Şairənin Vətənini sevən mən qəhrəmanı ruhən güclü insandır. Sənətkara görə, qeyrətli oğlu-qızı olan Vətən dizinə döyməməli, qaralar geyməməli, qəddini dik tutmalı, əyilməməlidir: Dizinə döymə, dözmərəm, Qaralar geymə, dözmərəm. Yurdumda oğlun var, Vətən, Qəddini əymə, dözmərəm. (1, s.209) Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının ən aktual mövzularından biri ictimai-siyasi hadisələr fövqündə xalqımızın azadlığa qovuşmaq, qürbət-qərib düşdüyü torpaqlarına geri qayıdış problemi olmuşdur. Mahirə Nağıqızı bayatılarının bir qismi də bizə “Vətənin tüstüsü də şirindir”, “Qürbət görməyən adam vətən qədri bilməz”, “Vətəni yadına düşən qərib ağlamasın, neyləsin?” kimi xalq deyimlərini xatırladır. Ümumiyyətlə, qürbət-qəribçilik motivinə sənətkarın yaradıcılığında tez-tez rast gəlmək mümkündür. Bu motivə söykənən bayatılarının bir qismində sənətkar tənha qərib kimi imdadına çatan axtarır: Əlimi tutan, hardasan? Dadıma çatan, hardasan? Qəribəm, tənha qalmışam, Yuxumu qatan, hardasan? (1, s.94) Bir qismində də kimsəsiz qəribin yuxularının çin çıxmasını arzulayır. Yəqin ki, çin olması arzulanan bu yuxu Vətənə, torpağa, elinə geri qayıdışdı. Həmin kimsəsiz qəribə mələkləri elçi göndərir: Yuxuların çin olsun, Arzun göyərçin olsun. Qəribsən, kimsəsizsən, Mələklər elçin olsun (1, s.124) Gah da sənətkar anasına xitabən müraciət edərək dərmanının qərib eldə olduğunu bildiyi üçün səfər üstə olduğunu dilə gətirir. O dərman da təbii ki, Vətəndir. O Vətənə qanadlanıb getmək üçün yəhərli at üstündədir. Ancaq sənətkarı bir sual düşündürür. Qərib eldəki dərmanını necə dilə gətirib istəsin? Ay ana, səfər üstəyəm, Atdayam, yəhər üstəyəm. Dərmanım qərib eldədi, Nə deyəm, necə istəyəm? (1, s.81) JOURNAL OF IQRO – ЖУРНАЛ ИҚРО – IQRO JURNALI – volume 18, issue 01, 2025 ISSN: 2181-4341, IMPACT FACTOR ( RESEARCH BIB ) – 7,245, SJIF – 5,431 www.wordlyknowledge.uz ILMIY METODIK JURNAL Mahirə Nağıqızı bayatılarında yaratdığı mən obrazının daxili aləminə nüfuz etməklə şairənin “Vətən və millət” ilə bağlı ülvi hisslərini, saf, təmiz məhəbbətinin şahidi olmaq mümkündür. Sənətkarın poeziyasında “Vətən və millət” konsepsiyası bir amal çırpışmasına köklənmişdir. Sənətkarın “Vətən və millət” konsepsiyalı bayatıları ilə tanış olanda “İnsan hər şeydən əvvəl vətəndaş olmalıdır” şüarını açıq-aydın görmək mümkündür. Yəni “Vətən daşı olmayandan, olmaz vətəndaşı” xalq deyimini sənətkarın yaradıcılığına əminliklə şamil edə bilərik. Bu tipli bayatılarında müəllif milli azadlıq, milli istiqlaliyyət, xarici təcavüzə qarşı mübarizə mövqeyində dayanmışdır. Bu ideyanı poeziyanın mərkəzinə çəkmişdir. Şairə üçün ən gözəl mənəvi nemət, mənəvi sərvət Vətənə, millətə, türkçülüyə olan sevgidir. Bu sevgi də anaya ithafla olan bayatılarla başlamış, anaya xitabən yazılmış bayatılarla qanadlanmışdır. Ədəbiyyat: 1. Mahirə Nağıqızı, Yanından keçmə dağların..., Bakı, 2021, 311 səh. 2. Mahirə Nağıqızı, Salam olsun, Bakı, 2020, 143 səh.