scieee AI-readable full text Open interactive document viewer

Основные особенности формирования инклюзивной культуры в общеобразовательных школах

Sevda Aydın qızı Xaspoladova, Məhbubə İbrahim qızı Ələkbərova, Təranə Şəmsi qızı Əliyeva

Abstract

Основные особенности формирования инклюзивной культуры в общеобразовательных школах

Full text

57 ÜMUMTӘHSIL MӘKTӘBLӘRINDӘ İNKLÜZIV MӘDӘNIYYӘTIN FORMALASDIRILMASININ ӘSAS XÜSUSIYYӘTLӘRI Sevda Aydın qızı Xaspoladova ADU-nun Pedaqogika kafedrasının baş müәllimi, Azәrbaycan, Bakı [email protected] ORCID: 0009-0003-2476-0119 Mәhbubә İbrahim qızı Әlәkbәrova ADU-nun Pedaqogika kafedrasının baş müәllimi, Azәrbaycan, Bakı [email protected] Orcid : 0009-0009-3946-7488 Tәranә Şәmsi qızı Әliyeva ADU-nun Pedaqogika kafedrasının baş müәllimi, Azәrbaycan, Bakı [email protected] Основные особенности формирования инклюзивной культуры в общеобразовательных школах Mахбуба Аlеkберoвa Сeвдa Xaспoлaдoвa Tарaна Алиевa Резюме: В статье рассматриваются основные особенности формирования инклюзивной культуры в общеобразовательных школах. Под инклюзивной культурой понимается ценность, основанная на принципах уважения и справедливости, которой могут обладать все, независимо от языка, религии, культуры, пола, различных способностей, возраста и т.д. В статье особое внимание уделяется правильному определению путей и основных характеристик формирования инклюзивной культуры, именно в этом контексте в общеобразовательных школах. По мнению авторов, наибольшим препятствием для инклюзивного образования чаще всего является негативное отношение. Они считают, что дети не сразу привыкают видеть рядом с собой детей, которые выглядят и ведут себя иначе, поэтому отношение к детям с особыми образовательными потребностями в образовательной среде должно измениться, существующие барьеры должны быть устранены, а у всех должна формироваться инклюзивная культура. 58 В статье также определяются основные характеристики инклюзивной культуры, реализуемой в образовательных учреждениях. Abstract. The article discusses the main features of forming an inclusive culture in general education schools. Inclusive culture refers to a value based on principles of respect and fairness that everyone can possess, regardless of differences in language, religion, culture, gender, diverse abilities, age, etc. The article particularly focuses on correctly identifying the ways and main features of forming an inclusive culture in general education schools from this perspective. According to the authors, the biggest obstacle to inclusive education is usually a negative attitude. They believe that children do not quickly get used to seeing children who look and behave differently from them, so attitudes towards children with special educational needs in the educational environment must change, existing barriers must be removed, and an inclusive culture must be formed among everyone. The article also identifies the main characteristics of the inclusive culture implemented in educational institutions. Açar sözlәr: inklüziv mәdәniyyәt, xüsusi istedad, intellektual qüsurlu uşaqlar, fiziki imkanları mәhdud, humanist münasibәt Ключевые слова: инклюзивная культура, особый талант, дети с умственной отсталостью, с ограниченными физическими возможностями, гуманистическое отношение Keywords: inclusive culture, special talent, children with intellectual disabilities, physically limited, humanistic attitude Müasir dövrdә ümumtәhsil mәktәblәrindә sağlam uşaqlarla yanaşı sağlamlığında mәhdudiyyәt olan, hәmçinin xüsusi istedada malik olan uşaqlar da tәhsil alırlar. Mәhz bu baxımdan mәktәblәrdә inklüziv mәdәniyyәtin formalaşdırılması aspektlәrinin düzgün müәyyәnlәşdirilmәsinә zәruri ehtiyac duyulur. Xüsusi tәhsilin hüquqi әsasları vә inkişaf yolları ölkәnin Әsas Qanunu – Konstitusiya, “Sağlamlıq imkanları mәhdud şәxslәrin tәhsili (Xüsusi tәhsil) haqqında qanun”u, Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin xüsusi tәhsilә dair tәkcә 2002-ci ildә qәbul edilmiş 8 adda qәrarları vә xüsusi tәhsilin 2000-2009-cu illәri nәzәrdә tutan inkişaf planı ilә tәnzimlәnir (2, s. 3). Hazırda dünya tәhsil sistemindә inklüziv tәhsil diqqәt mәrkәzindә saxlanılan mәsәlәlәrdәndir, bu baxımdan da bir sıra ölkәlәrdә oldugu kimi, Azәrbaycanda da bütün uşaqlar sosial, etnik, psixofiziki, davranış vә s. xüsusiyyәtlәrindәn asılı olmayaraq tәhsil prosesinә cәlb olunmuşdur vә bütün tәdris müәssisәlәrindә onlarla mәqsәdyönlü iş aparılır. Bunlar: -Xüsusi istedada malik olan uşaqlar; 59 - Sağlamlığında problemi olan uşaqlar; -Psixofiziki inkişafında problemi olan uşaqlar; - Milli azlıqları tәmsil edәn uşaqlar; - Davranış pozuntuları olan uşaqlar vә s. Bu gün Azәrbaycanının bütün ümumtәhsil mәktәblәrindә şagirdlәrin bilik, bacarıq vә vәrdişlәr sisteminin formalaşdırılması ilә yanaşı onların sağlamlıqlarının tәmin olunması da prioritetlәrdәn biri hesab olunur. Mәlum olduğu kimi bu gün ümumtәhsil mәktәblәrindә sağlam uşaqlarla yanaşı fiziki qüsurlu uşaqlar da tәhsil alırlar. Mәhz bu baxımdan mәktәblәrdә inklüziv mәdәniyyәtin formalaşdırılması yollarının düzgün müәyyәnlәşdirilmәsinә zәruri ehtiyac duyulur. Bu gün cәmiyyәtimiz sağlamlığında mәhdudiyyәt vә intellektual qüsurlu uşaqlara qarşı daha humanist münasibәt göstәrir vә onlara "xüsusi tәhsil ehtiyacları olan uşaqlar" kimi yanaşır. Sağlamlığında mәhdudiyyәt olan uşaqlar xüsusi tәhsil ehtiyacları nәzәrә alan, әlilliyi olmayan hәmyaşıdları ilә birlikdә eyni ümumtәhsil müәssisәlәrindә tәhsil alırlar. İnklüziv uşaqlar, adәtәn yaşayış yerinә yaxın olan mәktәblәrdә tәhsil alırlar. Tәәssüflә qeyd etmәk lazımdır ki, hәr il bu uşaqların sayı artır vә cәmiyyәtin tәlәblәrinә cavab vermәk üçün inklüziv tәhsil mәdәniyyәtini qorumaq, inklüziv tәcrübә tәtbiq etmәk lazımdır. Müәllimlәr geniş yayılmış inklüziv tәhsilin tәtbiqini müdafiә etmәlidirlәr, çünki tәcrübә göstәrir ki, xüsusi ehtiyacı olan uşaqlar tez-tez mәktәb hәyatından tәcrid olunurlar. Müәllimlәr digәr şagirdlәrә bәzi şagirdlәrin danışa bilmәmәlәrinin, fәrqli davranmalarının vә s. sәbәblәrini izah etmәlidirlәr ki, şagirdlәr bir-biri ilә necә davranmaq lazım olduğunu bilsinlәr. Bu istiqamәtdә valideynlәrlә dә mütәmadi olaraq tәbliğat vә tәşviqat xarakterli iş aparılmalıdır. “Valideynlәr, sapma vә ya digәr xüsusi ehtiyacları olan uşaqların normal siniflәrә daxil olması halında "standartların azaldılması" barәdә dә çox narahat ola bilәrlәr. Müәllimlәr şagirdlәr, onların valideynlәri vә әlbәttә ki, digәr müәllimlәr arasında münasibәtlәrin yaxşılığa doğru dәyişmәsindә bәlәdçi rolunu oynamalıdırlar.” (2, s.21) İnklüziv tәhsilә әn böyük maneә adәtәn mәnfi münasibәtdir. Uşaqlar yanlarında fәrqli görünәn vә fәrqli davranan uşaqları görmәyә tez bir müddәtdә alışmırlar. Odur ki, hal-hazırda cәmiyyәt inklüzivlik problemlәrinә üz tutur, çünki inklüzivliyin inkişafı ilә әlaqәli bütün proseslәr ictimai münasibәtlәrin 60 humanistlәşdirilmәsi şәraitindә başlayan müsbәt dәyişikliklәrlә әlaqәdardır. İnklüziv tәhsilin vә inklüziv mәdәniyyәtin inkişafı üçün ilk növbәdә siyasi vә qanunvericilik әsasları lazımdır. İnklüzivlik sözün geniş mәnasında yalnız tәhsil sahәsini deyil, hәm dә cәmiyyәt münasibәtlәrinin bütün spektrini әhatә edir: әmәk, ünsiyyәt vә s. Odur ki, bütün ictimai sferalarda әlçatan vә mobil şәrait yaradılmalı, әtraf mühit vә ictimai şüur sәviyyәsindә olan baryerlәr aradan qaldırılmalıdır. Ümumtәhsil mәktәblәrindә fiziki imkanları mәhdud olan uşaqların tәlimtәrbiyәsi, tәhsili vә onlarda inklüziv mәdәniyyәtin formalaşdırılması üçün nümunәvi modelin olması vacibdir. Bunun üçün inkluziv tәhsilin beynәlxalq mühitdәki mövqeyini nәzәrdәn keçirib öyrәnmәk lazım gәlir. İnklüziv tәhsil sisteminә cәlb olunmuş mütәxәssis bir sıra peşә keyfiyyәtlәrinә malik olmalıdır. Bunlara aşağıdakıları aid etmәk olar: -pedaqoji müşahidәçilik (uşağın ehtiyaclarını vә bu ehtiyacların hәyata keçirilmәsinә maneçilik törәdәn amillәrin aradan qaldırılması); pedaqoji nikbinlik (uşağın güclü müsbәt tәrәflәrini görmәk vә onlara arxalanmaq bacarığı); pedaqoji mәsuliyyәt (uşağın fәrdiliyini duymaq vә onun inkişafı üçün şәrait yaratmaq bacarığı); pedaqoji inadkarlıq (müxtәlif situasiyalarda uşağın maraqlarını müәyyәnlәşdirәrәk müdafiә etmәk bacarığı) vә s. kimi bacarıqlardır (2, s. 5). Qeyd etmәk lazımdır ki, pedaqoji prosesdә pedaqoji müşahidәçilik әn zәruri amillәrdәn sayılır. Unutmaq olmaz ki, tәlim-tәrbiyәnin üsulları içәrisindә müşahidә üsulu әn aparıcı üsullardan hesab olunur. Tәlim-tәrbiyәnin prinsiplәrinә dә istinad edilmәsi inklüziv tәhsilin inkişafını tәmin edәn amillәrdәn sayılır. Bu keyfiyyәlәrә malik olan insanlarda inklüziv mәdәniyyәtin lazımi sәviyyәdә olduğu qәnaәtinә gәlmәk olar. Fiziki qüsurları olan mәktәblilәrlә örnәk xarakterli ünsiyyәt qurmaq, onlarla qarşılıqlı münasibәtdә olmaq bu gün çox zәruri hesab olunur. Çünki fiziki qüsurları olan uşaqların buna ehtiyacları var. Onların hәr biri öz hәmyaşıdları ilә ünsiyyәt qurmaq üçün maraqlıdırlar. Xüsusilә, pedaqoji işçilәrin fiziki qüsurlu uşaqlarla ünsiyyәt qurmaları onları çox sevindirir. 61 Onlar belә ünsiyyәtdәn qürur duyurlar. Ümumtәhsil mәktәbindә inklüziv mәdәniyyәtin formalaşdırılmasının әsas xüsusiyyәtlәrindәn biri müasir cәmiyyәtdәki inklüzivliyi olan insanların cәmiyyәtә cәlb oluna bilmәsi prosesidir. Saglamlığında mәhdudiyyәti olan uşaqların inklüziv tәhsilindә әsas üstünlüyü hәmyaşıdları ilә birlikdә ümümi vә sosial tәhsil almasıdır. Müasir dövrdә inklüziv tәhsil tәhsil ehtiyacları olan uşaqların ümumi tәhsil müәssisәsindә adi hәmyaşıdları olan mühitә daxil olmasını, qabiliyyәt vә imkanlarını nәzәrә alaraq adaptasiya olunmuş, yaxud fәrdi tәhsil proqramları üzrә tәhsili tәmin edәn xüsusi tәşkil olunmuş tәhsil prosesidir. İnklüziv tәhsilin әsas keyfiyyәt göstәricisi uğurlu sosiallaşma mәdәniyyәtinә nail olmaq, bütün uşaqların, o cümlәdәn saglamlığında mәhdudiyyәti olan uşaqların tәhsil vә sosial tәcrübәsinin inkişafıdır. Hal-hazırda ümumtәhsil mәktәblәrindә inklüziv tәhsilin tәşkili ilә bağlı bir sıra qanun layihәlәrin hazırlanmışdır. Bu qanun layihәlәri tәhsilin tәşkili vә saglamlığında mәhdudiyyәti olan uşaqların ümumtәhsil mәktәbindә tәhsili üçün münbit şәrait yaratmışdır. Tәdris müәssisәlәrindә tәhsil mәsәlәlәri, maddi-texniki vә digәr problemlәrin hәlli ilә yanaşı, inklüziv mәdәniyyәtin formalaşması probleminә dә diqqәt yetirmәk çox vacibdir. (3, s.48) İnklüziv mәdәniyyәtin düzgün formalaşdırılması mәktәbdә hәr kәsin hamı ilә mehribanlıqla, sәmimiyyәtlә davranmasına şәrait yaratmış olar. Bu prinsiplәr üzәrindә işini qurmuş tәhsil ocaqlarında şagirdlәr vә müәllimlәr bir-birlәrinә hörmәtlә yanaşar, birbiri ilә xoş rәftar edәr.İnklüziv mәdәniyyәtә üstünlük verәn müәllimlәr bütün tәhsilalanlara eyni dәrәcәdә yanaşar. Belә olduqda mәktәbdә tәhsil alan bütün inklüziv şagirdlәrindәn yüksәk nәticәlәr gözlәmәk olar. Belә vәziyyәtdә, hәmçinin inklüziv mәktәblәrdә bütün pedaqoji heyәt, şagirdlәr, elәcә dә valideynlәr inteqrasiya prosesinә asanlıqla qoşulurlar, şagirdlәrin uğurlarını onlarla bölüşürlәr, müәllimlәr bütün şagirdlәrin öyrәnmә maneәlәrini aradan qaldırmağa çalışırlar,şagirdlәr arasındakı fәrqlәr, müxtәlifliklәr dәstәklәnir. İnklüziv mәdәniyyәtin bütün komponentlәri mәktәbin fәaliyyәti, tәcrübәsi, performansı vә sağlamlıq mәhdudiyyәti olan şagirdlәrin şәxsiyyәt kimi formalaşmasına yönәlmişdir. İnklüziv mәdәniyyәt düzgün formalaşdırıldıqda әlilliyi olan şagirdlәr dә bilik vә bacarıqları, meyl vә maraqları inkişaf etmiş şәxslәr kimi qәbul olunurlar. Bunun üçün ilk növbәdә tәhsil prosesinin bütün iştirakçıları tәrәfindәn inklüzivliyin әsas prinsiplәrinin diqqәtdә saxlanılması çox vacibdir. 62 İnklüziv mәdәniyyәtin formalaşdırılmasının reallaşdırılması üçün texnoloji ardıcıllığa diqqәt yetirmәk lazımdır. Hәmin texnoloji ardıcıllığı aşağıdakı şәkildә qruplaşdırmaq olar: -İnklüziv mәdәniyyәtә dair biliyin әldә edilmәsi; – Dәyәr münasibәtlәrinin formalaşdırılması; – Birgә әmәkdaşlıq tәcrübәsinin әldә edilmәsi; - Mövcud reallığa müsbәt münasibәtin ifadә olunması. Onu da qeyd etmәk lazımdır ki, bu texnoloji ardıcıllığı hәm xәstә, hәm dә sağlam uşaqlara şamil etmәk olar. İnklüziv mәdәniyyәtin formalaşdırılmasına dair bilik әldә etmәk, dәyәr münasibәtini formalaşdırmaq üçün mühazirәlәr, söhbәtlәr, disputlar, müzakirәlәr, diskussiyalar, şagird konfransları, görüşlәr, ekskursiyalar, sinif saatları vә s. keçirilә bilәr. Bu cür tәdbirlәrin mәqsәdi bütün şagirdlәrin diqqәtini әlil insanların problemlәrinә cәlb etmәk, şagirdlәrin mәnәvi-әxlaqi keyfiyyәtlәrini inkişaf etdirmәkdәn ibarәt olmalıdır. Bu tәdbirlәr vaitәsi ilә bütün uşaqlara әlilliyi olan insanların çox güclü iradәyә vә mәnәvi zәnginliyә, hәyatın bir çox sahәlәrindә yüksәk nәticәlәr әldә edә bilmәk qabiliyyәtinә malik olduğunu göstәrmәk lazımdır. Adi uşaqları inklüziv mәdәniyyәtlә tanış etmәk, onlarda dәyәr münasibәtlәrini inkişaf etdirmәk çox vacibdir, çünki әks tәqdirdә onları onlara bәnzәmәyәn uşaqlarla qarşılaşdırdıqda neqativ situasiyalar baş verә bilәr. Bu prosesin uğurla hәyata keçirilmәsindә "adi" vә әlil uşaqları birgә fәaliyyәtә, birgә mәktәb tәdbirlәrinә hazırlamaq vә onun keçirilmәsinә cәlb etmәk faydalı ola bilәr. Birgә fәaliyyәt tәcrübәsi inklüziv uşaqların uğurlu tәhsili üçün güclü sosial vasitәdir. Birgә әmәkdaşlıq uşaqlara tәkcә "adi" uşaqlara deyil, hәm dә әlilliyi olan uşaqlara inkişaf etmәyә kömәk edir. Şagirdlәr arasında inklüziv mәdәniyyәtin formalaşdırılması ilә bağlı digәr mәktәblәrin tәcrübәsini öyrәnmәk vә onlardan faydalanmaq da müsbәt nәticә verir. Belә tәcürbәlәrin sırasına birlikdә hazırlanmış layihәlәri, sosial aksiyaları, könüllü tәdbirlәrin tәşkilini vә s. aid etmәk olar. Sosial әmәkdaşlıq zamanı, hәm adi, hәm dә inklüziv uşaqlar sosial sәriştә, hәmyaşıdları ilә qarşılıqlı әlaqәdә olmaq bacarığı, birgә problem hәll etmә bacarığı, müstәqil olmaq, özünә nәzarәt etmәk kimi zәruri bacarıqları qazanırlar. 63 Sağlamlığında mәhdudiyyәti olan uşaqların adi uşaqlarla fәal şәkildә әmәkdaşlıq etmәsi, әtraf alәmlә onların sıx tәmasının qurulmasına, onların dünyagörüşünün inkişaf etdirilmәsinә kömәk edәcәkdir. Bu isә "xüsusi" vә "adi" uşaqları gәlәcәk hәyatlarında qarşılıqlı әlaqә qurmağa vә istәnilәn fәaliyyәtә birgә qoşulmağa әhәmiyyәtli olacaqdır. Tәbii ki, burada müәllim vә valideynlәrin dә birgә әmәkdaşlığı vә uşaqlara dәstәyi әhәmiyyәtli rol oynayır. ( 5,54) Müәllim vә valideynlәrin tәhsil imkanlarından, zehni vә fiziki sağlamlıq vәziyyәtindәn vә davranış xüsusiyyәtlәrindәn asılı olmayaraq xüsusi uşağa dәstәk olmağa daim hazır olmalıdırlar. Sağlamlığında mәhdudiyyәti olan uşaqlarla işlәyәn müәllim fәaliyyәtini yüksәk vә peşәkar sәviyyәdә tәnzimlәmәyә, qeyri-adi vәziyyәtlәrdә özünü әlә almağa, vәziyyәtә uyğun şәkildә tez vә inamla hәrәkәt etmәyә vә qәrar vermәyә sahib olmalıdır. Fikrimizi başqa cür ifadә etsәk, müәllim vәziyyәtindәn vә әhvaliruhiyyәsindәn asılı olmayaraq bütün mәnfi emosiyaların öhdәsindәn gәlmәyi, özünә sahib olmaq bacarığına, mürәkkәb vәziyyәtlәrә uyğunlaşma qabiliyyәtinә malik olmalıdır. Müәllimin özünü idarә edә bilmәsi, uşaqlar arasında emosional sabitliyi, müәllim vә valideyn arasındakı münasibәtlәrdә ziddiyyәtli (әgәr mövcudursa) mәqamların qarşısını almağa imkan yaradır. Bundan başqa bütün bu amillәr, xüsusi qayğıya ehtiyacı olan bir uşağın psixoloji vәziyyәtini tәnzimlәmәk, onu hәyәcan vә stressdәn qorumaq üçün bir әsasdır vә inklüziv siniflәrdә tәhsil prosesinin düzgün tәşkili üçün xüsusi әhәmiyyәt kәsb edәcәkdir. İnklüziv şagirdlәrlә çalışan müәllim uşaqlarda inklüziv mәdәniyyәti formalaşdırmaq üçün aşağıdakı bacarıqlara malik olmalıdır: -Digәr mütәxәssislәrlә birlikdә inklüziv uşağın fәrdi inkişafı üçün uyğun proqram tәrtib etmәk ; -İslah vә inkişaf işlәrini reallaşdırmağa imkan verәn xüsusi texnikalara vә yanaşma tәrzinә malik olmaq; -Uşağın inkişaf dinamikasını izlәmәk vә әvvәlki vәziyyәtlә müqayisә etmәk; -Uşaq komandasında, lüzum yaranan vәziyyәtlәrdә inklüziv uşağı qoruya bilmәk; -Uşaqlara psixoloji vә pedaqoji dәstәk vermәk; -Şagirdlәrin fәrdi xüsusiyyәtlәrini vә yaş xüsusiyyәtlәrini daim nәzarәtdә vә diqqәtdә saxlamaq; - Psixoloqla birlikdә uşağın fәrdi xüsusiyyәtlәrinin monitorinqini hәyata keçirmәk; 64 -İnklüziv uşaqların fәrdi vә yaş xüsusiyyәtlәrini nәzәrә alaraq fәrdi inkişaf proqramlarını inkişaf etdirmәk vә hәyata keçirmәsinә nail olmaq. Ümumtәhsil mәktәbindә inklüziv mәdәniyyәtin formalaşdırılmasının әsas xüsusiyyәtlәrini aşağıdakı şәkildә qruplaşdırmaq olar: -İnklüziv uşaqların qatıldığı mühitdә әdalәtlilik prinsipinә әmәl olunmalıdır; -İnklüziv mühitdә hәr şagirdin fәrdi ehtiyacları nәzәrә alınaraq, qruplar arasında ayrı-seçkiliyә yol verilmәmәlidir; -İnklüziv mühitdә heç bir zorakılıq vә tәqibәlәrә yol verilmәmәli, onlara qarşı yüksәk tolerantlıq tәtbiq olunmalıdır; -Mәktәb mühitindә inklüziv uşaqların psixoloji hәrәkәtlәrinә tolerant yanaşma vә dinlәmә mәdәniyyәti gözlәnilmәlidir; -Xüsusi tәhsil ehtiyacı olan şagirdlәrlә onların meyl ,maraq, qabiliyyәt vә imkanlarına uyğun tәdris metodlarından istifadә olunmalıdır; -Universal Design for Learning (UDL) yanaşmasından istifadә olunaraq, müxtәlif öyrәnmә üsulları, materialların ayrı-ayrı tәqdimat forması -şәkil, sәs, yazı, praktiki fәaliyyәtlәr vә s. qiymәtlәndirmә üsulları ilә hәr bir şagirdin tәhsil ehtiyacları tәmin edilmәlidir; -Tәhsil işçilәrinin davamlı peşә inkişafını artırmaq mәqsәdi ilә inklüziv tәdrisin sәmәrәli qurulması üçün bu sahәdә fәaliyyәt göstәrәn müәllimlәr üçün әlavә tәlimlәr, seminarlar, mәslәhәt vә tәcrübә mübadilәlәri tәşkil olunmalıdır; -Xüsusi tәhsil ehtiyacı olan şagirdlәrin göstәricilәri, tәlim nәticәlәri davamlı şәkildә izlәnilmәli vә ehtiyaclara görә korreksiya edilmәlidir; - Xüsusi tәhsil ehtiyacı olan uşaqların qiymәtlәndirilmәsi prosesindә, onların müxtәlif bacarıq sәviyyәlәri, qabiliyyәt vә istedadları nәzәrә alınmalı, qrup işlәrindә vә fәrdi işlәrdә әdalәtli qiymәtlәndirmә mexanizmlәri tәtbiq olunmalıdır; -Tәhsil müәssisәlәrindә texnoloji vasitәlәr vә maddi dәstәk inklüziv uşaqların ehtiyaclarına uyğun bölüşdürülmәlidir; - İnklüziv tәhsildә multikultural dәyәrlәr, yәni müxtәlif dillәr, mәdәniyyәtlәr vә dinlәr hörmәtlә qarşılanmalı, inklüziv tәhsilin mәzmunu vә fәaliyyәtlәr bu müxtәlifliyi әks etdirmәlidir; Mәktәb, ailә vә ictimaiyyәtin sıx әlaqәsi qurulmalı, xüsusi tәhsil ehtiyacı olan şagirdlәrin potensialının aşkarlanması vә dәstәklәnmәsi istiqamәtindә birgә fәaliyyәt göstәrilmәlidir; - Mәktәb rәhbәrliyi tәrәfindәn inklüziv siyasәt dәstәklәnmәli vә onun davamlı inkişafına önәm verilmәlidir. İstifadә edilmiş әdәbiyyat 1. Azәrbaycan Respublikası Konstitusiyası. Bakı: Qanun, 2004 65 2. Azәrbaycan Respublikası Tәhsil Nazirliyi. Korreksion pedaqogikanın müasir mәsәlәlәri. Bakı, Mütәrcim, 2012 3. “Tәhsil Haqqında” Azәrbaycan Respublikasının Qanunu. Bakı, “Qanun” nәşriyyatı, 2010 4. Hәsәnli O.Q., Camalov K.H. Naxçıvan Muxtar Respublikasında istedadlı uşaqların inkişafı. Naxçıvan, Әcәmi, 2014 5. Sadıqov F.B. Korreksiya pedaqogikası. Bakı, Maarif, 2018